Logo

Sabirabad Peşə Liseyində 18 oktyabrla bağlı tədbir keçirilmişdir

21.10.2021 08:59 408 baxış
IMG

18 oktyabr  2021-ci ildə Sabirabad Peşə Liseyində tələbələrin və mühəndis-pedaqoji heyətin iştirakı ilə milli ruhda mötəbər tədbir keçirilmişdir. Tədbirin əvvəlində Liseyin tələbəsi 45 kq çəkidə Güləş üzrə birinci yerə qalıb gəldiyi üçün Sertifikatla təltif olunmuşdur. Daha sonra müstəqilliyin bərpası ilə Liseyin tarix müəlliməsi Cəmilə Atakişiyeva  geniş çıxış etmişdir. 

C. Atakişiyeva bildirdi ki, bu gün, 18 oktyabr xalqımızın tarixində önəmli yer tutur. Baş verən dəyişikliyə əsasən bu tarix əvvəlkindən fərqli olaraq " Müstəqilliyin bərpası günü" kimi qeyd olunur. Məhz nə üçün müstəqilliyin bərpası. Əgər keçən əsrə nəzər salsaq tarix Azərbaycan xalqına 2 dəfə öz müstəqilliyin əldə etmək şansı vermisdir. Bunlardan ilki 1918ci il 28may tarixində AXC nin yaranması ilə nəticələnmiş, xalq uzun illər həsrətində olduğu azadlığına qovuşmuşdu. Lakin beynəlxalq proseslər, daxili siyasətdə baş verən təlatümlər, bolşevik müdaxiləsi nəticəsində AXC cəmi 23 ay yaşadı.70 il sonra  isə zaman ikinci dəfə tale Azərbaycan xalqına bu fürsəti verdi.

Sovet imperiyasının zəifləməsi amilindən istifadə edərək yenidən müstəqilliyimizi qazanmış olduq. 1991ci il payız günündə Azərbaycan Ali Soveti " Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. İlk vaxtlar imperiyanın hakim dairələri bu aktın yanlız kağızda qalacağını düşünürdü. Onlar bir şeyi unudurdular ki, bu xalq Meydan hərəkatında mətinləşmiş, Yanvar qırğınında möhkəmlənmişdi. 1991ci il dekabrın 29da referendum keçirildi. Burada bulletende bir sual var idi: "Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına tərəfdarsınızmı?" Xalq yekdil şəkildə bəli demişdir. Bununla tariximizdə yeni səhifə açılmışdır. İlk olaraq Türkiyə, Rumıniya, Pakistan və b. dövlətlər, daha sonra BMT-yə üzv olduqda(1992) digər xarici dövlətlər müstəqilliyimizi tanımışdır. 1993cü ilə qədər daxili siyasətdə səriştəsizlik, separatçı qüvvələr, Ermənistan dövlətinin işğalçı müdaxilələri və d. faktorlar mövcud müstəqilliyin üzərində qara buludlara çevrilsə də, H. Əliyevin hakimiyyətə gəlişi bu kimi halların aradan qaldırılmasına səbəb oldu. Onun uğurlu siyasi xətti və siyasi varisi İ. Əliyevin yürütdüyü siyasət ölkəmizin iqtisadi, siyasi göstəricilərdə yüksələn xətlə inkişafına gətirib çıxarmışdır. Məhz buna görə də artıq regionda baş verən heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir.

Sabirabad Peşə Liseyinin Tarix müəllimi

 

Xəbər lenti