Logo

TKTA nümayəndələri Moskva şəhərində rəsmi səfərdə olublar

21.10.2021 09:12 261 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində 06-10 oktyabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində rəsmi səfərdə olublar.

Səfər zamanı Rusiya Federasiyasının Təhsilin Qiymətləndirilməsi üzrə Baş Dövlət Ekspert Mərkəzinin, Rusiya Federasiyası Xalqlar Dostluğu Universitetinin və Rusiyanın Akkreditasiya Agentliyinin nümayəndələri  ilə görüşlər təşkil olunub.

Qeyd edək ki, səfərin əsas məqsədi tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin institutsional və proqram akkreditasiyası və qiymətləndirilməsi prosesinin Rusiyada cari statusu, ehtiyac yaranarsa tərəflərə təlimlərin təşkili, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq kimi vacib məsələlər və xarici dövlətlərin ali təhsilə aid  kvalifikasiyaların tanınması sahəsində təcrübənin öyrənilməsi və tətbiqinin hüquqi əsaslarının müəyyən edilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrin aparılmasıdır.

Beləliklə, Azərbaycan və Rusiya arasında kvalifikasiyaların tanınması sahəsində əməkdaşlığın inkişafının önəmi vurğulanaraq, əməkdaşlığın davam etdirilməsi istiqamətində yeni addımların atılması ilə bağlı müzakirələr aparılıb və  təşkilatlar arasında yaxın gələcəkdə əməkdaşlıq münasibətləri qurulması mövzusu da öz əksini tapıb.

Xəbər lenti