Logo

Valideynlərin nəzərinə! - Övladınız bu hallarda məktəbə götürülməyəcək

27.11.2020 11:03 465 baxış
IMG

2020-2021-ci tədris ilində ən çox soruşulan mövzulardan biri də məktəbəqədər hazırlıqla bağlıdı

Tehsil.biz-ə rəsmi qurumlara istinadən verilən sualları cavablandırır.

 

Sual: Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?

 

Cavab: İlk növbədə, məsul şəxs Tehsil.biz-ə saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.

 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.

Xəbər lenti