Logo

Alman əsilli türkoloq alim ADU-da mühazirə oxuyub

21.10.2021 10:30 592 baxış
IMG

Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində Beynəlxalq şöbə və Azərbaycanşünaslıq ETL-in birgə təşkilatçılığı ilə “Azərbaycan dilində Monqol mənşəli sözlər” mövzusunda alman alim, türkoloq, professor Elizabetta Raqaqninlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən türkoloq alim yaradılan şəraitə görə ADU-nun rektoru, akademik Kamal Abdullaya təşəkkürünü bildirib. Bu görüşün həm dilçi alimlər, həm də bu istiqamət üzrə təhsil alan tələbələr üçün önəmli olması vurğulanıb.

Qeyd olunub ki, qədim türk dilində işlənmiş və bu gün də işlənən bir çox sözlər monqol dilindən alınma sözlərdir. Bu da həm tarixi, həm coğrafi amillərlə bağlı olan məsələlərdəndir. Belə ki, uzun illər davam edən istilalar, xalqların bir-birinə qaynayıb-qarışması dil faktorunda da özünü göstərib. Həm ümumişlək, həm də dialekt sözlər bir çox yad təsirlərə, dəyişikliklərə məruz qalıb.

Qonaq bildirib ki, hər bir dilin özünəməxsus cəhətləri olduğu kimi, fərqli və oxşar cəhətləri də var. Türk dilləri böyük bir coğrafi arealı təşkil edir. Bu həm də digər millətlərin də dil mədəniyyətlərinə təsirsiz ötüşməyib. Monqol dilindən türk dillərinə keçən sözləri biz həm  rus dilində, həm də digər xarici dillərdə rast gələ bilərik.

Görüş tədbir iştirakçılarının sualları ilə davam edib. 

Xəbər lenti