Logo

İndoneziyalı qonaqlar AzMİU-da olublar

21.10.2021 11:03 516 baxış
IMG

İndoneziyanın Tarumaneqara Universitetinin memarlıq fakültəsindən gələn böyük bir nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub, ali məktəbin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə İndoneziyanın ölkəmizdəki səfiri, professor Hüsnan Bəy Fanani, AzMİU-nun prorektorları, Xarici əlaqələr şöbəsinin müdiri və əməkdaşları iştirak edib. 

Tehsil.biz xəbər verir ki, rektor  universitetin tarixindən, fakültə və ixtisaslarından danışıb, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən söz açıb. G.Məmmədova  iki universitet arasında əməkdaşlıq perspektivlərinə də toxunub, müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Tarumaneqara Universitetinin professoru Haydir Ənvər Makarim  təmsil etdiyi təhsil ocağının rəhbərliyi adından minnətdarlığını bildirib, iki universitet arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirib.

Səfir H.B.Fənani universitetlər arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələn köməkliyi edəcəyini vurğulayıb.

Görüşdə iştirak edən digər qonaqlar da səfər təəssüratlarını paylaşıb, ölkəmiz, paytaxt Bakı, memarlıq abidələri və s. haqqında maraqlı fikirlər səsləndiriblər. 

Müzakirələrdən sonra qonaqlar universitetlə tanış olub, imtahan zallarına baş çəkiblər.

 

Xəbər lenti