Logo

Defektoloq vakansiyası üzrə seçim bu gün başa çatır

21.10.2021 11:20 372 baxış
IMG

Oktyabrın 21-də xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçimi yekunlaşır. Vakansiya seçimində iştirak etmək istəyən şəxslər müvafiq linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/2oJ6ftx2TJavSkDY7

Tehsil.biz xəbər verir ki, vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək.

Təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunur.

Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

 Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

 Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

Xəbər lenti