Logo

Paytaxt məktəblərində sərgilər keçirilir

21.10.2021 11:41 90 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Vətən Müharibəsində qazanılmış şanlı qələbəyə həsr olunan sərgilər keçirilir.

Tehsil.biz xəbər verir ki, Zəfər Günü ərəfəsində mütəmadi olaraq təşkil olunan sərgilərin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.

Sərgilərdə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri və rəsmləri nümayiş olunur.

Həmçinin 44 günlük Zəfər yürüşünün simvolu olan xarıbülbülün müxtəlif formalarda təsviri, Qarabağdakı tarixi abidələrin, qalaların, döyüşlərdə istifadə edilən silahların maketləri sərgilərdə təqdim olunur.

Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları və tanınmış şəxsiyyətlərindən bəhs edən videoçarxlar da nümayiş olunur.

Xəbər lenti