Logo

“Azərbaycanda rektorlar konfransının yaradılması” layihəsinin monitorinqi keçirilib

21.10.2021 12:07 338 baxış
IMG

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ KA2 proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi aparılıb.

Tehsil.biz xəbər verir ki, monitorinq Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərliyi ilə keçirilib. 

Monitorinqdə Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva iştirak edib.

Layihənin koordinatoru Bakı Biznes Universitetinin nümayəndəsi Gülşən Bayramova layihə üzrə həyata keçirilən işlər barədə məlumat verib. 

Tədbirdə tərəfdaşlar layihənin icrası ilə bağlı yaranan çətinliklər, risklər və həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Monitorinq sual-cavab formatında davam etdirilib.

Xəbər lenti