Logo

AzMİU-da memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalara dair beynəlxalq konfrans keçirilib

21.10.2021 12:24 72 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESIAC 2021” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.

Universitetdən bildirilib ki, konfrans memarlıq və inşaatda enerji səmərəliliyi, enerjiqoruyucu innovasiyaların idarəetmə sistemləri, “ağıllı” texnologiyalar, eləcə də ekoloji monitorinqin informasiya sistemləri ilə əlaqəli olan geniş mühəndislik sahələrini əhatə edib.

Yerli universitet və təşkilatlarla bərabər, konfransda bir sıra xarici ölkələrdən (Türkiyə, ABŞ, Norveç, Danimarka, İspaniya və s.) universitet və təşkilatların nümayəndələri də iştirak ediblər.

Konfransa təqdim edilmiş materiallardan seçilmiş məqalələr (4–8 səhifə) müvafiq araşdırmalardan sonra yerli və beynəlxalq jurnallarda dərc olunacaq.

Müvafiq qaydalara uyğun olaraq elmi komitə tərəfindən seçilmiş məqalələrin “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləşməsi gözlənilir.

Xəbər lenti