Logo

“Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə 12 253 müraciət daxil olub

21.10.2021 12:59 55 baxış
IMG

Son 5 ay ərzində Təhsil Nazirliyi və tabe qurumlarına “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə 12 253 müraciət daxil olub. Müraciətlərdən 12 074-ü artıq cavablandırılıb, 179 müraciət isə baxılma mərhələsindədir. Göndərilən müraciətlərin tətbiq olunmuş təkmil daxili (CRM) sistem vasitəsilə qısa zaman çərçivəsində Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönləndirilməklə cavablandırılması təmin olunur.

Nəticədə portal.edu.az platforması vasitəsilə daxil olmuş yazılı elektron müraciətin orta icra müddəti yazılı kağız üzərində edilmiş müraciətin orta icra müddətindən 3 dəfə qısaldılıb və müraciətlərin icra olunmasının müvəffəqiyyət göstəricisi artıb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə https://portal.edu.az/ platformasında yaradılan “Vətəndaş müraciətləri” xidməti artıq 5 aydır istifadəyə verilib.

Xidmət vətəndaş məmnuniyyətinin artırılması istiqamətində aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdırmaq məqsədi daşıyır.

Təhsil Nazirliyinə müraciət etmək istəyən vətəndaşlara https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq tövsiyə olunur.

Xəbər lenti