Logo

Azərbaycanda şagirdlərin dərs keçdiyi qəzalı məktəb nə zaman təmir olunacaq? - AÇIQLAMA + VİDEO

21.10.2021 13:19 368 baxış
IMG

Təhsil Nazirliyi Qax rayonunda qəzalı vəziyyətdə olan məktəblə bağlı açıqlama verib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qax rayonun Qaratala kəndində modul tipli tam orta məktəbinin tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, rayonun Qaratala kəndində şagirdlər şəraitsiz məktəbdə dərs keçirlər. Yayılan görüntülərdə şagirdlərin dərs keçdiyi sinif otağında döşəmənin və tavanın bərbad vəziyyətdə olması, həmçinin otağın qapısının olmaması öz əksini tapıb.

Hava şəraitinin soyuq olması şagirdlərin sinif otağında qalın gödəkçə və papaqda oturmalarına səbəb olur. Bundan əlavə şagird sayının az olması da diqqət çəkən məqamlar sırasındadır.

https://baku.tv/az/cemiyyet/45026/

Xəbər lenti