Logo

UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb

21.10.2021 14:27 289 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov 2021/2022-ci tədris ilində universitetə qəbul olan və qəbul imtahanı nəticələrinə görə Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb.

UNEC-in xəbərinə görə, rektor tələbələrə UNEC-də tətbiq olunan yeniliklər, dünyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları barədə məlumat verib. Həmçinin Universitet Daxili İki Diplom (UDİD), minor proqram, ixtisas istiqamətlərindən söz açıb. Tələbələrin xarici dil və informasiya texnologiyaları biliklərinin, eləcə də peşə kompetensiyalarının artırılması məqsədilə tədris planında yeniliklərin tətbiq olunduğunu deyib. Məzun olduqda tələbələrə akademik transkriptlə yanaşı, iş dünyasının tələblərini əks etdirən non-akademik transkriptin veriləcəyini diqqətə çatdırıb.

Tələbələrə startap ideyalarının reallaşdırılmasına universitet tərəfindən lazımi dəstəyin göstərilə biləcəyini qeyd edən rektor onlara universitetin ictimai-sosial həyatında fəal və təşəbbüskar olmağı tövsiyə edib. Tədrisin keyfiyyətinin artırılması ilə bağlı hər bir tələbənin təklif və təşəbbüsünü dinləməyə açıq olduğunu bildirib.

Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.

Xəbər lenti