Logo

BDU-da Zəngilanın işğaldan azad olunmasının ildönümü qeyd olunub

21.10.2021 15:24 335 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Zəngilan rayonun işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Filologiya fakültəsinin tələbəsi Rəhimə Əliyeva Zəngilan rayonu  uğrunda gedən şiddətli döyüşlərdən, Zəngilan rayonunun işğaldan azad olunmasının tarixi əhəmiyyətindən  söz açıb, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin Zəngilan əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsindən, bu əməliyyatın Ermənistan ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə olduğunu qeyd edib.

Daha sonra çıxış edənlər - fakültənin birinci kurs tələbələri  Fatimə Nağızadə və Fəridə Süleymanova Zəngilanın zəngin təbiətinə qarşı törədilən ekoloji terrorun, rayon ərazisindəki təbii yataqların vəhşicəsinə istismar edilməsinin erməni vandalizminin təzahürü olduğunu qeyd ediblər.

Tədbir Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadənin Qarabağ bölgəsində aparılan bərpa quruculuq işləri və rayonun qədim tarixi və mədəniyyəti ilə bağlı təqdimatı ilə yekunlaşıb.

Xəbər lenti