Logo

Vətən müharibəsi şəhidi Fuad Məmmədovun anım günü qeyd olunub

21.10.2021 19:48 333 baxış
IMG

Bu gün Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeriyeviçin anım günü qeyd olunub.

Tehsil.biz  xəbər verir ki, anım günündə qazilər, məktəblilər, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, şəhidin təhsil aldığı Milli Aviasiya Akademiyasının tələbələri və müəllim heyəti iştirak edib.

Sonra tədbir Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən Şəhidlərin Xatirə Parkında davam etdirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin üzərinə əklil və güllər düzülüb.

Xəbər lenti