Logo

AzMİU tələbələri Fəxri xiyabanı ziyarət ediblər

22.10.2021 08:46 320 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  Memarlıq və İnşaat fakültələrinin bir qrup tələbəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən tarixi qələbəmiz münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədovanın təşəbbüsü ilə gerçəkləşən səfərdə kafedranın müəllimi Əfsanə Həziyeva tələbələrə 44 günlük Vətən müharibəsində Ali baş komandan İlham Əliyevin dəmir iradəsi, Odumuzun güçü, qüdrəti hesabına qazanılan böyük  Qələbəmizdən danışıb, tələbələrə Vətən, torpaq  uğrunda canından keçən qəhrəmanlarımızdan- şəhidlərimizdən örnək götürməyə çağırıb. 

Sonra tələbələr ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər, bütün şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla anıblar.

Xəbər lenti