Logo

BANM-ın 10 illik yubileyinə həsr edilmiş universitetlərarası Tennis çempionatı keçirilib

22.10.2021 08:53 526 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) İdman kafedrası və Neftçi Mühəndislər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ali Məktəbin 10 illik yubileyinə həsr edilmiş “Tenniversary” adlı 3 günlük Tennis çempionatı keçirilib. 

Tehsil.biz xəbər verir ki, çempionatda Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, UFAZ, Bakı Dövlət Universiteti, ADA, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan 65 nəfər tələbə iştirak edib. Çempionat yarış formatına uyğun qızlar və oğlanlar arasında təşkil edilib. Yarışın hakimləri BANM-in İdman kafedrasının baş müəllimi İftixar Məhərrəmov və Stolüstü tennis üzrə Azərbaycan çempionu və ustaları Rafiq Lahıcov və Fəxri Abdullayev olub. 

Çempionatın ilkin seçmə mərhələləri 1-2 oktyabr tarixlərində baş tutub. Bu mərhələni uğurla keçən 16  tələbə isə 9 oktyabrda 1/8, 1/4, yarımfinal və final oyunlarında iştirak edib. Final nəticələrinə əsasən, qızlararası çempionatın qalibi Çiçək Bayramova (BANM, 5-ci kurs Kimya mühəndisliyi tələbəsi), oğlanlararası çempionatda isə 3-cü yerin sahibi Cahid İbrahimli (BANM, 3-cü kurs Kimya mühəndisliyi tələbəsi), 2-ci yerin sahibi Cavidan Əliyev (BANM, 4-cü kurs Kimya mühəndisliyi tələbəsi) və çempion Şükran Əlizadə (BANM, 4-cü kurs Kimya mühəndisliyi tələbəsi) olub. Qaliblər medal, kubokla yanaşı, bp, Baker Hughes şirkətləri tərəfindən dəyərli hədiyyələrlə təltif ediliblər.

Xəbər lenti