Logo

Rektor universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb

22.10.2021 09:08 71 baxış
IMG

UNEC-in rektoru professor Ədalət Muradov 2021/2022-ci tədris ilində universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb.

Rektor tələbələrə UNEC-də tətbiq olunan yeniliklər, dünyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları barədə məlumat verib. Həmçinin Universitet Daxili İki Diplom (UDİD), minor proqram, ixtisas istiqamətlərindən söz açıb.  İngilis dilinin yeni standartlara uyğun olaraq təşkil olunduğunu, tələbələrin xarici dil və İT biliklərinin, eləcə də peşə kompetensiyalarının artırılması məqsədilə tədris planında yeniliklərin tətbiq olunduğunu deyib. Məzun olduqda tələbələrə akademik traskriptlə yanaşı, iş dünyasının tələblərini əks etdirən non-akademik transkriptin veriləcəyini  diqqətə çatdırıb.

Tələbələrə startap ideyalarının reallaşdırılmasına universitet tərəfindən lazımi dəstəyin göstərilə biləcəyini qeyd edən rektor onlara universitetin ictimai-sosial həyatında fəal və təşəbbüskar olmağı tövsiyə edib. Tədrisin keyfiyyətinin artırılması ilə bağlı hər bir tələbənin təklif və təşəbbüsünü dinləməyə açıq olduğunu bildirib.

Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.

Xəbər lenti