Logo

BDU-nun bir qrup kollektivi Masallı rayonunda şəhid məzarını ziyarət edib

22.10.2021 09:10 529 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin bir qrup kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Coğrafiya fakültəsinin 2020-ci il məzunu Nurlan Əbilovun Masallı rayonunun Şərəfə kəndində yaşayan ailəsi ilə görüşüb, məzarını ziyarət edib.

Tehsil.biz xəbər verir ki, Şəhidin ailə üzvləri və yaxınları ilə birgə onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova Nurlan Əbilovun Vətən torpağı uğrunda düşmənə qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını vurğulayıb, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildirib.

Ziyarətdə çıxış edənlər Nurlan Əbilovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nurlan Əbilovun həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Sonda Nurlan Əbilovun oğlu atası haqqında “Şəhid oğluyam” adlı şeir söyləyib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbər lenti