Logo

MİQ imtahanlarında BDU-nun 1133 məzunu müəllim adını qazanıb

22.10.2021 09:51 568 baxış
IMG

2021/2022 tədris ili üzrə keçirilmiş Müəllimlərin İşə Qəbulu müsabiqəsinin nəticəsinə əsasən, 2021-ci ildə Bakı Dövlət Universitetini (BDU) pedaqoji ixtisaslar üzrə bitirən 1133 məzun məktəblərdə müəllim vəzifəsinə işə qəbul olunub.

Bu barədə Tehsil.biz-ə BDU-dan məlumat verilib.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqəsində iştirak etmiş BDU-nun və Qazax flialının biologiya, biologiya müəllimliyi, biokimya, fizika, fizika müəllimliyi, kimya, kimya müəllimliyi, neft kimyası, coğrafiya, coğrafiya müəllimliyi, tarix, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, alman dili müəllimliyi, fransız dili müəllimliyi, rus dili və ədəbiyyatı, fars dili və ədəbiyyatı, filologiya, ədəbiyyatşünaslıq (ədəbi tənqidin nəzəriyyəsi və tarixi), riyaziyyat, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, informatika, tətbiqi riyaziyyat, kompüter elmləri, mexanika-riyaziyyat, ibtidai sinif müəllimliyi ixtisaslarından olan məzunlarının nəticələri yüksəkdir.

Xəbər lenti