Logo

“Mədəniyyət naminə sülh" qlobal kampaniyasına həsr olunan panel sessiyası keçiriləcək

22.10.2021 11:26 252 baxış
IMG

22 oktyabr tarixində saat 14:30-da "Rebuild Karabakh" beynəlxalq sərgisi çərçivəsində "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasına həsr olunan panel sessiyası baş tutacaq.

Tehsil.biz xəbər verir ki, sessiyanın mövzusu: "Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, həm də sülhün mədəniyyət üçün nə edə biləcəyini düşün".

Sessiyanı canlı olaraq Bakı Ekspo Mərkəzinin təqdimat zalında izləmək mümkündür.

Məlumat üçün qeyd edək ki, "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasına Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq tərəfdaşlarla birgə 2021-ci ilin iyun ayında start verilib. Kampaniyanın əsas məqsədi dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.

Xəbər lenti