Logo

İqtisadi mövzuda elmi seminar

22.10.2021 11:39 345 baxış
IMG

Lənkəran Dövlət Universitetinin  (LDU) “İqtisadiyyat və idarəetmə”  fakültəsində elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında keçirilən seminar “Azərbaycanın maliyyə resursları bazarı və onun əsas iştirakçıları”  mövzusuna həsr edilib. Elmi seminarda bu mövzuda kafedranın  müəllimi  Namiq  Bayramov  məruzə edib.

Məruzədə  Azərbaycanda maliyyə bazarının subyektləri kimi özəl kommersiya bankları, xarici sərmayəli  kommersiya  bankları, bank olmayan kredit təşkilatları, maliyyə bazarına xidmət edən sığorta şirkətləri haqqında geniş informasiya verilib, Azərbaycanın  maliyyə resursları bazarının inkişaf istiqamətləri geniş təhlil olunub.

Elmi seminar diskussiya şəraitində keçirilib, iştirakçıların sualları cavablandırılıb, məruzə ətrafında müzakirə və fikir mübadiləsi  aparılıb.

Xəbər lenti