Logo

Məktəblərdə çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub

22.10.2021 11:56 788 baxış
IMG

Bldiyimiz kimi, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Bu müddət ərzində təhsil müəssisələrində tədris prosesi xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib. Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub. 

Tehsil.biz xəbər verir ki, bu barədə Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda deyilir.

Bildirilir ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir. Belə ki, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. 

Xəbər lenti