Logo

Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib

22.10.2021 12:40 396 baxış
IMG

Ötən həftə Lənkəran Peşə Liseyi Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkil etdiyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi – praktiki konfransında iştirak edib.

Tehsil.biz xəbər verir ki, tədbirin məqsədi cənub bölgəsinin mətbəx mədəniyyətinin elmi əsaslarla araşdırılması, mətbəx müzeyinin yaradılmasının təşviqi və bölgənin mətbəx nümunələrinin UNESCO-nun qeyri maddi mədəni irs siyahısına daxil edilməsinə yardım etməkdir. 

Konfransda Lənkəran Peşə Liseyi üçün ayrılmış pavilyonda müəssisədə istehsal olunan ərzaq məhsulları və lisey məzunlarının toxuduqları suvenir xalçalar nümayiş etdirilib.  Liseyin aşpaz qrupunun istehslat təlim ustası Nüsrət Səlimov özünün icad etdiyi "Şamı Burger" milli fast food məhsulunun hazırlanması ilə bağlı iştirakçılar üçün master klass təşkil edib. Həmçinin tədbir iştirakçıları ilə birgə Lənkəran Peşə Liseyində hazırlanan qara çayın dequstasiyası keçirilib. Tədbir zamanı turizm diyarı kimi tanınan Lənkəranın mətbəx mədəniyyətinin elmi cəhətdən öyrənilməsinin və təbliğ olunmasının vacibliyi vurğulanıb. Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov Lənkəran Peşə Liseyinin aşpaz ixtisası üzrə təhsil alan tələbələrini qurumun təşkil etdiyi “Gənc aşpazlar” müsabiqəsində iştirak etmələri üçün dəvət edib.  Tədbirin sonunda Assosiyasiyanın sədrinə Lənkəran Peşə Liseyi adından milli kontekstdə toxunan xalça hədiyyə edilib.

Xəbər lenti