Logo

ATU-nun kollektivi də şəhid məzunlarının anım mərasimlərində yaxından iştirak edir

22.10.2021 15:49 61 baxış
IMG

Vətən müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib. Onların əksəriyyəti Azərbaycan Tibb Universitetinin məzunlarıdır. Məlum olduğu kimi, hərbi əməliyyatlar zamanı 159 tibb işçisi yaralanıb, ümumilikdə 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 

Hazırda bütün ölkə ilə yanaşı, Azərbaycan Tibb Universitetinin kollektivi də şəhid məzunlarının anım mərasimlərində yaxından iştirak edir. Universitetin Hərbi Tibb Fakültəsinin şəxsi heyəti fakültənin məzunu, müharibədə şəhid olmuş gizir Abdullayev Eldar Firidun oğlunun ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib. Şəxsi heyət üzvləri Sumqayıt şəhər şəhidlər xiyabanını ziyarət ediblər. Fakültənin nümayəndələri digər şəhid, əsgər Bayramov Səlimxan Vüqar oğlunun ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər. Azərbaycan Tibb Universitetinin kollektivi  Vətən müharibəsində şəhid olan məzunlarını daim hörmətlə anaraq, onların əziz xatirəsini yüksək tutacaq.

Xəbər lenti