Logo

AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb

22.10.2021 16:24 108 baxış
IMG

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) koronavirus (COVID-19) infeksiyasına qarşı əsaslı dezinfeksiya işləri aparılıb.

Tehsil.biz xəbər verir ki, universitetin bütün tədris binaları, konfrans və akt zalları, auditoriyalar, kitabxana, oxu zalları, dəhlizlər, yeməkxana və digər ərazilər dezinfeksiya olunub. 

Bakı şəhər Dezinfeksiya Stansiyasının Yasamal rayon şöbəsinin əməkdaşları tərəfindən aparılan dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub.

Son günlər ali və orta təhsil müəssisələrində koronavirus xəstəliyinə yoluxma hallarının artması səbəbindən AzMİU-da dezinfeksiya işlərinə nəzarət daha da gücləndirilib. Tələbələr arasında tibbi proflaktik tədbirlər aparılıb, tədris binalarında məlumatlandırıcı lövhələrin sayı artırılıb, virusla bağlı qabaqlayıcı tədbir olaraq universitetin bütün korpusları, bütün mərtəbələr dezinfeksiyaedici məhlullarla təmin olunub.

Xəbər lenti