Logo

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş debat keçirilib

22.10.2021 16:37 380 baxış
IMG

Aşıq Ələsgərin 200 illik yibileyinin qeyd edilməsi ilə əlaqədər məktəbdə tədbirlər planı hazırlanmışdır. 

Tehsil.biz xəbər verir ki, tədbirlər planının 8- ci bəndinə uyğun olaraq məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi Səbinə Nuriyevanın təşkilatçılığı 9 c sinfinin iştirakı ilə  Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində debat təşkil olundu. 

Nuriyeva Səbinə şagirdlərə Aşıq Ələsgər yaradıcılığından söz açdı, sənətkara həsr olunmuş elmi , bədii əsərlərdən danışdı. Şagirdlər də öz növbəsində aşığın yaradıcılığından nümunələr səsləndirdilər.

Tədbir boyu Ələsgərin portretini çəkən şagird isə tədbirin sonunda onu tamamlayaraq sərgiyə təhvil verib.

Xəbər lenti