Logo

Lənkəran Dövlət Universiteti “Tələbə Mediası” layihəsində təmsil olunur

22.10.2021 17:16 76 baxış
IMG

Lənkəran Dövlət Universiteti (LDU) Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tələbə Mediası” layihəsində iştirak edir.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində 19-21 oktyabr 2021-ci il tarixində LDU-nun tələbələri üçün 3 günlük təlimlər keçirilib. Təlimlər tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunması, məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək və digər məsələləri əhatə edib.

Bildirilib ki, hazırda davam etməkdə olan layihədə 01-04 noyabr 2021-ci il tarixlərində Almaniya ali məktəblərində tələbə həyatı, tələbə qurumları, onların mediası ilə yaxından tanışlıq məqsədilə 4 günlük onlayn səfər və 22-26 noyabr 2021-ci il tarixlərində isə tələbələr üçün Bakıda 5 günlük tədbir nəzərdə tutulub. 

Təlimlərdə iştirak ödənişsizdir, bütün səfər və qonaqlama xərci layihə büdcəsindən ödəniləcəkdir.

Qeyd edək ki, LDU-da tələbə gənclərin hərtərəfli inkişafına şərait yaradılır  və bu istiqamətdə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

Xəbər lenti