Logo

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dair

22.10.2021 19:10 251 baxış
IMG

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərildi. Növbəti müsahibələr 26 oktyabr tarixində, onlayn formatda təşkil olunacaq.

MS Teams platforması üzərindən təşkil olunacaq müsahibədə namizədlər elektron poçt ünvanına göndəriləcək link vasitəsi ilə iştirak edə biləcəklər.

Müsahibə linki namizədlərin elektron poçt ünvanlarına müsahibədən bir gün əvvəl göndəriləcək.

Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq. 
Qeyd edək ki, yalnız müsahibəyə dəvət olunacaq şəxslərin şəxsi səhifəsinə bu barədə məlumat göndərilib.

Xəbər lenti