Logo

“Mikro ifadələrin yalanla əlaqəsi” mövzusunda təlim keçiriləcək

22.10.2021 19:55 58 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi (DTKTM) müəllim və tələbələr üçün növbəti təlim keçirəcək.

İnsan davranışının öyrənilməsində “Mikro ifadələrin yalanla əlaqəsi” mövzusuna həsr olunacaq təlim 23 oktyabr 2021-ci il tarixində saat 11:00-da baş tutacaq.

Təlimçi BMU-nun Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi, psixoloq Hüseyn Xəlilovdur.

Qeyd edək ki, təlimə https://meet.google.com/zht-fyog-gto linki vasitəsilə qoşulmaq mümkündür.

Xəbər lenti