Logo

Direktor koronavirusa yoluxdu, məktəb bağlandı

23.10.2021 11:05 816 baxış
IMG

Abşeron rayonu, Xırdalan şəhər 7 nömrəli tam orta məktəb distant təhsil formatına keçirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Qaynarinfo-ya şagirdlərin valideynləri məlumat verib.

Bildirilib ki, əvvəlcə bir neçə sinif onlayn öyrənməyə keçib. Lakin məktəbin direktoru Zenfira Orucova və bir müəllimdə koronavirus aşkar edildikdən sonra əyani dərslər distant dərslərlə əvəzlənib.

Qeyd edək ki, bundan əvvəl COVID-19-a yoluxma hallarının aşkarlanması ilə əlaqədar Bakı şəhəri 124 və 299 nömrəli, həmçinin Oğuz rayonunun Bayan kənd məktəbləri onlayn təhsilə keçib.

Xəbər lenti