Logo

Xəzər Universitetinin silsilə ustad dərslərinə başlanılıb

23.10.2021 12:22 57 baxış
IMG

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı Yaradıcı yazı (Creative Wrting) fənni çərçivəsində silsilə ustad dərslərinə başlayıb.

Universitetdən bildirilib ki, ilk dərs hekayə janrının mövzu-ideya və poetik xüsusiyyətləri mövzusunda keçirilib. Mövzu çərçivəsində professor görkəmli rus dramaturqu A.P.Çexovun hekayə yaradıcılığından, kiçik hekayələr yazmağın özəlliklərindən və çətinliklərindən, ədəbiyyatda psixologizm məsələlərindən geniş bəhs edib. Professor Hamlet İsaxanlı A.P.Çexovun çoxsaylı məktublarından xüsusi söz açıb, onun şəxsiyyət və yazıçı kimi necə formalaşmasını, həyatındakı mühüm məqamları, müasirlərinə münasibətini öyrənmək üçün bu məktubların böyük əhəmiyyət daşıdığını qeyd edib.

Sonda professor Hamlet İsaxanlı tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti