Logo

“Müstəqillik illərində inkişafın Naxçıvan modeli” tələbələrarası yaradıcılıq müsabiqəsi elan edilir

23.10.2021 12:46 97 baxış
IMG

Naxçıvan Dövlət Universiteti və Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk Partiya Təşkilatı birgə “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” tələbələrarası yaradıcılıq müsabiqəsi elan edir.

Tehsil.biz xəbər verir ki, layihənin  əsas məqsədi Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin, magistr və doktorantların gözü ilə Naxçıvan Muxtar Respublikasının Müstəqillik illərindəki yüksəliş və tərəqqi dövrünə nəzər salmaq, Muxtar Respublikamızın bütün sahələrindəki inkişafını, bu inkişafı həyata keçirən uğurlu strategiyanı öyrənmək və təbliğ etmək, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, ictimaiyyəti məlumatlandırmaq, qədim və zəngin Naxçıvan tarixini müxtəlif yaradıcı materiallarla təqdim etməkdir. 

Yaradıcılıq müsabiqəsində Muxtar Respublikamızın Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, magistr və doktorantları iştirak edə bilər. 

Müsabiqə 2021-ci il oktyabr ayının 15-dən 2021-ci il dekabr ayının 5-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyən hər bir tələbə hazırladıqları işləri 2021-ci il dekabr ayının 5-dək İşçi Qrupu tərəfindən yaradılmış elektron poçt ([email protected]) ünvanına göndərməli və ya Naxçıvan Dövlət Universitetinin əsas korpusunun 5-ci mərtəbəsindəki 502 nömrəli otağa təqdim etməlidir; 

Müsabiqədə 4 (dörd) istiqamət üzrə birinci, ikinci, üçüncü yerlərə çıxan tələbələrə mükafat, iştirakçıların hər birinə sertifikat təqdim ediləcək. 

Qaliblər 16 dekabr 2021-ci il tarixdə mükafatlandırılacaqdır.

Xəbər lenti