Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib.
ARB 24 TV konfransdan canlı bağlantı edib. Canlı bağlantı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva konfransın məqsədi barədə məlumat verib.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə danışılıb.