Logo

Direktor müəllimlərdən pul tələb edir - VİDEO / ŞİKAYƏT

23.10.2021 14:09 616 baxış
IMG

Sumqayıt şəhər internat tipli gimnaziyanın direktor əvəzi Dilarə Şəfiyeva gimnaziyada təmir işləri aparmaq üçün müəllimlərdən pul tələb edib.

Tehsil.biz “Yeni Gündəm”ə istinadən xəbər verir ki, bu barədə gimnaziyadan daxil olan şikayətdə bildirilib.

“Direktor gimnaziyaın divarlarının boyanması üçün müəllimlərdən bu həftə ərzində 20 manat pul vermələrini tələb edir. Dilarə Səfiyevanın psixoloji vəziyyəti yerində deyil. Davranış və danışığını idarə edə bilmir. Müəllimlərin dərsləri diaqnostik qiymətləndirməyə əsasən topladıqları bala uyğun olaraq bölünməlidir.

Direktor əvəzi isə bunu nəzərə almadan istədiyi formada dərsləri bölür. Bununla bağlı müəllimlər tərəfindən Təhsil Nazirliyinə də şikayət olunub. D.Səfiyeva direktor müavini işləmədən birbaşa direktor əvəzi keçirilib. Heç bir vəzifə səlahiyyətlərindən xəbəri yoxdur. Gimnaziyanı qanunlara uyğun şəkildə deyil, öz isədiyi şəkildə idarə edir. Müəllimləri direktor kimi təsdiqləndikdən sonra görəcəyi işlərlə bağlı hədələyir”.

Təhsil Nazirliyindən verilən açıqlamada bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq.

Xəbər lenti