Logo

Nobel yetirməsi ilə fəxr edən müəllim

23.10.2021 15:33 79 baxış
IMG

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Qvido İmbens Hollandiyanın Dern şəhərindəki Pillend Kollecində orta məktəbdə oxuyub. Keçmiş müəllimi Con Klerks şagirdi barədə deyir: “Məktəbə gələndə riyaziyyatla çox maraqlanırdı. Lakin tezliklə o, riyaziyyat və sosial sahələrlə birgə məşğul olmaq istədiyini hiss etdi. Sonda Qvido iqtisadiyyatı seçdi. Bu riyaziyyat və iqtisadiyyatın birləşməsidir”.

İmbens isə öz müəllimini sevgi ilə xatırlayır:”Con çox ehtirasla dərs keçirdi. O, məni iqtisadiyyata maraq göstərməyə məcbur etdi”.

Con Klerks keçmiş şagirdi ilə son dərəcə fəxr edir: “Cəmi üç hollandiyalı iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Qvido onlardan biridir. Bu unikal və fantastik bir şeydir ki, o, buna nail oldu “.

Hazırda ABŞ-da Stanford Universitetində iqtisadiyyat və tətbiqi ekonometrika professoru kimi çalışan Qvido son illər ərzində müəllimi ilə müntəzəm əlaqə saxlayıb.

Öz şagirdi ilə fəxr edən Con müəllim təkliflə çıxış edib: “Yaxşı olardı ki, Pillend Kolleci şagirdimin adına Qvido İmbens Kolleci adlandırılsın. Hollandiyada hansı məktəb deyə bilər ki, o, Nobel laureatı yetişdirib?”

Oruc Mustafayev

Xəbər lenti