Logo

Azərbaycanlı rəssamın əsəri Florensiyadakı beynəlxalq rəsm sərgisində nümayiş olunub - FOTO

24.10.2021 20:14 56 baxış
IMG

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada yaşayan azərbaycanlı rəssam Elay Məmmədov ölkəmizi Florensiyada keçirilən XIII beynəlxalq rəsm sərgisində təmsil edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, məşhur Fortezza Da Basso qalereyasında təşkil edilən sərginin açılış mərasimdə Florensiyanın rəsmi şəxsləri  və tanınmış incəsənət nümayəndələri iştirak ediblər.

Sərgidə 40-dan artıq ölkənin 460 rəssamının 1000-ə yaxın əsəri təqdim olunub. Onların arasında Elay Məmmədovun gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated  Red" əsəri nümayiş edilib.

Fəlsəfi təxəyyülün məhsulu olan əsər sərgi ziyarətçilərində böyük maraq doğurub. 

Sərgi oktyabrın 31-də başa çatacaq. Soydaşımıza media dəstəyini Neapol-Bakı Assosiasiyası göstərib. 

Qeyd edək ki, Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu olan Elay Məmmədovun digər əsəri oktyabrın 28-dən Torino beynəlxalq sərgisində nümayiş olunacaq.

 

Xəbər lenti