Logo

Dünyanın ən yaxşı universitetləri açıqlanıb

25.10.2021 01:12 62 baxış
IMG

Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin yeni siyahısını açıqlayıb.

Jurnal siyahını hazırlayarkən təhsil müəssisələrinin dərc etdiyi elmi araşdırmaları, beynəlxalq əlaqə və mövqelərini, gəlirlərini və keçən ilki siyahıda sıralanması kimi 13 faktoru nəzərə alır.

Britaniyadakı Oksford Universiteti 6 ildir dünyanın ən yaxşı universiteti olaraq bu dəfə də siyahıya liderlik edir. ABŞ-ın Harvard, Stanford Universitetləri, Kaliforniya və Massaçusets Texnologiya İnstitutları ilk 5-likdə yer alıb.

Türkiyədən Çankaya və Sabancı Universitetləri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı bacarıb.

Xəbər lenti