Logo

Ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsinin təlimləri yekunlaşıb

25.10.2021 08:39 168 baxış
IMG

Masallı rayonu Mololon kənd ümumi orta məktəbində “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsin təlimlər mərhələsi yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, layihə rəhbəri Könül Qənbərovanın verdiyi məlumata görə, bu mərhələdə 6 ucqar kənd məktəbin 30 şagirdi ilə təlim-görüşlər təşkil olunmuşdur. Təlim-görüşlər bitdikdən sonra xüsusi yaradılmış jurilərin köməyilə ən maraqlı təqdimat, inşa və digər kiçik layihələr mükafatlandırılacaqdır.
Müsabiqə iştirakçılarının işləri layihənin sonunda çap olunacaq jurnalda ətraflı şəkildə işıqlandırılacaqdır. Həmçinin müsabiqə qaliblərə ilə yanaşı layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim olunacaqdır. Təlimlər və müsabiqə bitdikdən sonra layihənin davamlılığını təmin etmək üçün iştirakçı 6 ucqar kənd məktəbində “Maliyyə savadlılığı” klubları yaradılacaqdır. 

Layihə də reallaşdıqdan sonra gözlənilən nəticələr: 6 ucqar kənd məktəbinin şagirdlərinin iqtisadi - maliyyə savadlılığın artırılması, yığım mədəniyyətinin formalaşdırılması, qənaət və israf, pulun tarixi və büdcə anlayışı mövzularında maarifləndirilməsi, 6 ucqar kənd məktəbinin şagirdlərinin müasirləşməsi və dünya görüşünün artırılması, 6 ucqar kənd məktəbində “Maliyyə savadlılığı” klublarının yaradılması və həmçinin bu tipli layihələrin inkişafına təkan vermiş olacaq.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Xəbər lenti