Logo

“Dayanıqlı emosional inkişaf mühiti- Maker Lab” layihəsi öz fəaliyyətinə başlayıb

25.10.2021 10:04 337 baxış
IMG

Təhsildə İnkişaf və İnnovasiyaar üzfə 5-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Dayanıqlı emosional inkişaf mühiti- Maker Lab” layihəsi 1 oktyabr 2021-ci il tarixindən öz fəaliyyətinə başlayıb.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi yetkinlik dövründəki şagirdləri Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına hədəflənən fəaliyyətlərə cəlb etməklə, onların dayanıqlı psixososial və emosional inkişafını nəzarətdə saxlamaq, ümumbəşəri dəyərlərlə yetişməsi üçün keyfiyyətli emosional və yaradıcı tədris mühitini təmin etməkdir.

Layihənin vəzifələrinə aşağıdakılar daxildir.

- Bir-biri ilə vəhdət şəkildə təbiət və elmi-texniki tərəqqiyə aid Dayanıqlı İnkişaf Məqsədləri məzmunlu, psixoemosional inkişaf, “necə öyrənməyi öyrənmək” məzmunlu unikal layihə fəaliyyətləri materiallarının hazırlanması

- Bir-biri ilə vəhdət şəkildə təbiət və elmi-texniki tərəqqiyə aid Dayanıqlı İnkişaf Məqsədləri, psixoemosional inkişaf, “necə öyrənməyi öyrənmək” təlim və aktiv fəaliyyətlərinin icra olunması

- Layihəyə cəlb edilmiş şagirdlərin valideyn və müəllimləri üçün “Dayanıqlı emosional inkişaf mühitinin yaradılmasında DİM” seminarlarının təşkil edilməsi

- Şagirdlərin öz potensial və maraq dairələrini aşkarlamaq məqsədi ilə Dayanıqlı İnkişaf Məqsədləri əsaslı layihə təklifi müsabiqəsinin təşkil edilməsi

- Layihənin icrası və nəticələri haqqında mütəmadi olaraq email və KİV-lə məlumatların verilməsi

“Dayanıqlı emosional inkişaf mühiti- Maker Lab” layihəsinin təqdimatı ilə bağlı tədbir 7 oktyabr tarixində Bakı şəhəri şəhəri 201 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə məktəb rəhbərliyi, müəllimlər iştirak edib. Layihə rəhbəri , 201 nömrəli tam orta məktəbin fizika müəllimi Lalə Hüseynova tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Həmçinin layihənin məqsəd və vəzifələri, qarşıda görüləcək işlər barədə çıxış edən Lalə Hüseynova layihənin məzmununun şagirdlərin emosional inkişafı üçün önəmindən də bəhs edib. Tədbir iştirakçıları layihə barədə öz fikirlərini bildiriblər. Sonda layihə barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Dayanıqlı emosional inkişaf mühiti- Maker Lab” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar V Qrant Müsabiqəsində "Fərdi Kateqoriya" üzrə qalib gəlib.

Xəbər lenti