Logo

BMU-nun rektoru Həmkarlar İttifaqının “Yubiley döş nişanı” ilə təltif olunub

25.10.2021 11:11 85 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub.

Tehsil.biz xəbər verir ki, rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.

Mükafat Havar Məmmədova ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ilə keçirilən görüşdə təqdim edilib.

M.Cəfərzadə Həmkarlar İttifaqının fəaliyyətindən bəhs edib və nəzərə çatdırıb ki, təmsil etdiyi qurum təhsil sahəsində çalışanların əmək və sosial hüquqlarının qorunmasında, onların asudə vaxtının səmərəli keçirilməsində, istirahətlərinin təşkilində mühüm rol oynayır. BMU Həmkarlar İttifaqı Komitəsinin (HİK) Həmkarlar İttifaqının ən aktiv üzvlərindən biri olduğunu vurğulayan M.Cəfərzadə qurumun fəaliyyətinə verdiyi dəstəyə görə rektor Havar Məmmədova öz dərin təşəkkürünü bildirib.

Öz növbəsində Havar Məmmədov ona göstərilən etimada və diqqətə görə Həmkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. Universitet haqqında ətraflı məlumat verən Havar Məmmədov eyni zamanda, BMU-nun Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) aktiv fəaliyyətinə toxunub. Azərbaycanda həmkarlar ittifaqlarının keçdiyi tarixi yoldan, əldə etdiyi nailiyyətlərdən bəhs edən rektor BMU ilə ATİAHİ Respublika Komitəsi arasında əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyindən əminliyini vurğulayıb.

Xəbər lenti