Logo

BDU-da "Təkamül prosesində kooperasiyanın rolu" mövzusunda elmi seminar keçirilib

28.11.2020 11:39 477 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Təkamül prosesində kooperasiyanın rolu" mövzusunda elmi seminar keçirilib.

 

TEC-in rəhbəri Çingiz Məmmədov seminar iştirakçılarını salamlayaraq, Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti ilə qazanılan parlaq Qələbə münasibətilə təbrik edib.

 

Daha sonra fakültənin üçüncü kars tələbəsi Məltəm Qasımova "Təkamül prosesində kooperasiyanın rolu" mövzusunda təqdimatla çıxış edib. Məruzəçi təkamül prosesinə dair mövcud nəzəriyyələrin təhlilini apararaq, təkamül amillərinə, təkamül nöqteyi nəzərindən zülalların müqayisəli analizinə dair elmdə olan yeni fikirləri təqdim edib. Eukaiot hüceyrələrin əmələ gəlməsində kooperasiya prinsipini, simbioz prosesinin mahiyyəti izah olunub.

 

“Microsoft Teams” platforması üzərindən baş tutan elmi seminar tələbələrin mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Xəbər lenti