Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib.
Tehsil.biz xəbər verir ki, bu barədə “Sina” informasiya mənbəyi məlumat yayıb.
Partlayış nəticəsində 2 nəfər ölüb, daha 9 insan yaralanıb.
Mütəxəssislər hadisənin səbəblərini araşdırır. Digər təfərrüatlar hələlik verilməyib.