Logo

“Qarabağ iqtisadiyyatının dirçəlişində və inkişafında halal qida industriyası: müasir çağırışlar və perspektivlər” mövzusunda onlayn seminar keçirilib

25.10.2021 14:19 61 baxış
IMG

UNEC-də Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ iqtisadiyyatının dirçəlişində və inkişafında halal  qida industriyası: müasir çağırışlar və perspektivlər” mövzusunda onlayn seminar keçirilib.

Tehsil.biz xəbər verir ki,Seminarı giriş sözü ilə açan UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədov İslam iqtisadiyyatının bu gün ölkəmiz üçün aktuallığına diqqət çəkərək, Qarabağda İslam iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinin məhz halal qida sənayesi olduğunu bildirib.

Tədbirdə iştirak edən İqtisadi Resursların Öyrənilməsi (SER) İB-nin sədri Ruslan Atakişiyev “Qarabağ iqtisadi rayonunda halal qida müəssisələrinin yaradılmasının perspektiv inkişaf istiqamətləri”  mövzusunda təqdimatla çıxış edərək Qarabağ torpaqlarının münbit şəraitinin kənd təsərrüfatı və aqrar sektorun, eləcə də halal qida müəssisələrinin  inkişafına verəcəyi töhfələrdən danışıb.

Sonra UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev “Qarabağ iqtisadiyyatının dirçəlişində islam maliyyəsi əsaslı ixracyönümlü investisiya cəlbediciliyinin perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, işğaldan azad olunan ərazilərdə məskunlaşacaq yerli əhalinin təsərrüfatçılığa əlavə investisiyaların cəlb olunmasındakı rolundan söz açıb.

Seminarda Kabardin Balkar Dövlət Aqrar Universitetinin professoru Amina Caboeva, AMEA İqtisadiyyat İnstitutunun Qloballaşma və Beynəlxalq iqtisadiyyat şöbəsinin böyük elmi işçisi Təbriz Yadigarov, İqtisadiyyat qəzetinin baş redaktoru Aytən Səmədzadə çıxış ediblər.

Sonda UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədbirdə səsləndirilən təkliflərə görə məruzəşilərə təşəkkürünü bildirib və bu tip tədbirlərin davamlı olaraq təşkil olunacağını deyib.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb. Seminarı aşağıda qeyd olunan linkə keçid etməklə izləyə bilərsiniz.

Xəbər lenti