Logo

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 193 nəfər uğur qazanıb

28.11.2020 14:56 1355 baxış
IMG

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

Tehsil.biz  DİM-in noyabrın 28-i saat 10:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 193 nəfər uğur qazanıb. Onlardan 99-u Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 10-u Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 9-u Dövlət Statistika Komitəsində, 8-i Sumqayıt Kommersiya Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Xəbər lenti