Böyük Britanıyanın Azərbaycandakı səfiri Ceyms Şarp Beyləqan Təlim və Resurs mərkəzlərinin şagirdləri ilə görüşü barədə paylaşım edib.
“Twitter” hesabında paylaşımda səfir bildirib ki, uşaqlar ona rəsmlər edib:
“Dünən Bakı və Beyləqanda yerləşən Təlim və Resurs mərkəzlərinin şagirdləri mənə rəsmlər hədiyyə etdi. Görüşdə onlar Beyləqanda müharibə zamanı baş verənlər haqqında mənə bildirdi və mən azad olunmuş ərazilərdə yeni mərkəzlərin açılmasının əhəmiyyətini vurğuladım”.
Dünən Bakı və Beyləqanda yerləşən Təlim və Resurs mərkəzlərinin şagirdləri mənə rəsmlər hədiyyə etdi. Görüşdə onlar Beyləqanda müharibə zamanı baş verənlər haqqında mənə bildirdi və mən azad olunmuş ərazilərdə yeni mərkəzlərin açılmasının əhəmiyyətini vurğuladım.