Logo

Valideynlər Qərb Universitetinin məktəbindən şikayətçidir

25.10.2021 20:02 950 baxış
IMG

2019-2020-ci tədris ilində övladları Qərb Universitetinin məktəbinin 1-ci sinfinə qəbul olan bir qrup şagirdin valideynlərindən şikayət məktubu almışıq. 

Valideynlərin şikayəti ondan ibarətdir ki, övladlarının adıçəkilən məktəbin 1-ci sinfində təhsil alması üçün qarşı tərəflə 1 illik müqavilə bağlayıblar. Lakin 2020-ci ilin martın 3-də COVID-19 pandemiyasının yayılması səbəbindən ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələrinin bağlanması ilə şagirdlərin qismətinə cəmi 5 ay təhsil müəssisəsinə getmək, eyni zamanda təhsil almaq düşüb. 

Daha sonra bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tədris ənənəvi formadan onlayn tədrisə keçib.

Bundan sonra məktəb onlayn tədris adı ilə şagirdlərin valideynlərinin telefonuna ev tapşırıqlarının fotosunu "whatsapp" proqramı üzərindən göndərməyə başlayıb. Yəni məktəbin distant təhsil adlandırdığı sistem şəkil göndərməkdən ibarət olub. 

Bütün bunların qarşılığında məktəb tədris etmədiyi günlərin təhsil haqqını tələb edir. 

Qeyd edək ki, Təhsil haqqında Əsasnamə Təhsil nazirliyi tərəfindən 2020-ci ilin sentyabr ayında qəbul olunub. Bu isə o deməkdir ki, ödəniş tələb olunan tarixləri əhatə etmir və məktəb yerinə yetirmədiyi öhdəlik üçün, pandemiya dövründə dövlətdən maddi dəstək almağına baxmayaraq tədris ilinin əvvəlində valideynlərlə bağlanmış müqaviləyə əsaslanıb, təhsil haqqını tələb edir.

Təəssüflər olsun ki, məhkəmələr də bu qanunsuzluğa göz yumur.

Qeyd: Qarşı tərəflərin də mövqeyini yayımlamağa hazırıq.

Xəbər lenti