Logo

Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb

25.10.2021 22:51 74 baxış
IMG

Zaqatala rayonu ərazisində yerləşən məktəblərin birində yanğın olub.

Tehsil.biz-in məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun ən ucqar kəndlərindən biri olan Cimcimax kənd ümumi orta məktəbində qeydə alınıb.

Belə ki, anidən başlayan yanğına ilk müdaxiləni kənd sakinləri edib. Şəhər mərkəzindən 28 kilometr məsafədə yerləşən kəndə yanğınsöndürənlər çatana kimi yanğın sakinlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində məktəb direktorunun otağı və otağın yanar konstruksiyaları yanıb.

Qeyd edək ki, Cimcimax kənd ümumi orta məktəbində 56 şagird təhsil alır. Faktla bağlı araşdırma aparılır.

Report

Xəbər lenti