Logo

BDU-nun tələbələri XIX “Bakı Yapon Dili Natiqlik” müsabiqəsinin qalibi olublar

29.11.2020 19:08 480 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən XIX “Bakı Yapon Dili Natiqlik” müsabiqəsində qalib gəlilblər. Hər il, ənənəvi olaraq Yaponiya səfirliyi və Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə keçirilən müsabiqə bu il onlayn formada təşkil olunub. Ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan tələbələr yapon dili üzrə bacarıqlarını nümayiş etdiriblər.

 

Müsabiqədə Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq” (Yaponiya üzrə) ixtisasının dördüncü kurs tələbəsi Əliyeva Fənarə birinci, üçüncü kurs tələbələri Fatimə Dadaşova beşinci yerə, Nəzrin Cuvarlinskaya isə münsiflərin həvəsləndirici mükafatına layiq görülüb. Müsabiqə iştirakçıları müəyyən beynəlxalq problemlə bağlı esse yazaraq onları səlis tərcümə edib, şifahi danışıblar.

 

Yapon dili üzrə natiqlik müsabiqəsinin əsas məqsədi tələbələrə yapon dilində bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda bu dilə olan marağı  artırmaqdan ibarətdir. Müsabiqənin şərtlərinə əsasən, birinci yerin qalibi Moskvada keçirilək “2021-ci il Avrasiya tələbələri Yapon dili” beynəlxalq yarışmasında ölkəmizi təmsil edəcək.

Xəbər lenti