Azərbaycan Texniki Universiteti gənc tədqiqatçı və müəllimlərini təcrübə əldə etmələri və tədqiqat işləri aparmaları məqsədilə Türkiyənin tanınmış universitetlərinə göndərilməsi üçün qərar qəbul etmişdir.
Proqramın müddəti 5 ay təşkil edəcək.
Proqramda iştirak etmək imkanı əldə edən namizədlərin yol xərcləri Azərbaycan Texniki Universiteti tərəfindən ödəniləcək, yemək və qalmaq ehtiyacları isə Türkiyə tərəfindən qarşılanacaq.
Proqram Azərbaycan Texniki Universitetinin bütün ixtisas istiqamətləri üzrə 100 nəfəri əhatə edəcəkdir.
Proqram üzrə müsabiqədə Azərbaycan Texniki Universitetinin 30 yaşa qədər olan 2-ci kurs magistrləri, 35 yaşa qədər olan doktorantları, həmçinin Azərbaycan Texniki Universitetinin əməkdaşları arasından 30 yaşa qədər olan 2-ci kurs magistrləri, 35 yaşa qədər olan magistr təhsilini başa vurmuş olanlar və ya doktorantları iştirak edə bilər.
Namizədlərin seçimi iki mərhələdə həyata keçiriləcəkdir.
İlkin mərhələnin seçim meyarları:
1. Magistratura səviyyəsinə keçirilən qəbul imtahanlarında toplanan balın 50%-i əsas götürülür
2. Bakalavriat səviyyəsində ümumi orta müvəffəqiyyət göstəricisinin 25%-i əsas götürülür
3. Magistratura səviyyəsinin 1-ci kursunda ümumi orta müvəffəqiyyət göstəricisinin 25%-i əsas götürülür
4. Magistratura səviyyəsində ümumi orta müvəffəqiyyət göstəricisinin 25%-i əsas götürülür (Magistratura səviyyəsindən məzun olanlar üçün)
İlkin mərhələdən keçən namizədlər müsabiqəyə dəvət olunacaqlar.
Müraciət elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir:
http://tecrubeprogrami.aztu.edu.az:82/
Son müraciət tarixi: 10 Noyabr 2021-ci il.
Proqrama müraciət şərtləri:
1. Bakalavriat səviyyəsində ümumi orta müvəffəqiyyət göstəricisi ən az 75 bal olmalı;
2. Magistratura səviyyəsinə keçirilən qəbul imtahanlarında ən az 60 bal toplamalı;
3. Magistratura səviyyəsinin 1-ci kursunda ümumi orta müvəffəqiyyət göstəricisi ən az 75 bal olmalı;
Müraciət üçün tələb olunan sənədlərin siyahısı:
İlkin müraciət zamanı sənəd tələb olunmur. Birinci mərhələni keçənlər Azərbaycan Texniki Unversitetdə müsahibəyə dəvət olunduğu zaman müvafiq sənədləri təqdim etməlidir.
Qiymətləndirmə nəticəsində namizədin seçim meyarlarına uyğun olmadığı müəyyən edildikdə, sənədlər natamam təqdim edildikdə və ya həmin sənədlərdə uyğunsuzluq aşkar edildikdə iştirakçının namizədliyi ləğv edilir.
Təlim proqramı və seçim mərhələsi ilə bağlı suallar üçün növbəti ünvalara müraciət etməyiniz xahiş olunur:
Email: [email protected]
Telefon/WhatsApp: 050 261 38 29