Logo

DİM: Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

26.10.2021 23:25 465 baxış
IMG

30 sentyabr 2021-ci il tarixində elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən

"Tehsil.biz"ə bildirilib ki, elan üzrə 12 dövlət orqanında mövcud olan 30 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 66 namizəddən 60 namizədin müsahibədə iştirakına razılıq verilmişdir.

Ən yüksək müsabiqə vəziyyəti Mədəniyyət Nazirliyi, Sənəd və vətəndaşlarla iş şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 vakant yer üzrə 8 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, dövlət orqanı rəhbərinin köməkçisi - nazirin köməkçisi (1 vakant yer üzrə 7 nəfər) vəzifələri olmuşdur.

Müsahibələrin 1 noyabr – 19 noyabr 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti